Kristal

Dəstək

Kristal tətbiqi və veb sistemi üzrə suallarınız üçün bizimlə əlaqə saxlayın.

Telefon və WhatsApp eyni nömrədir: 051 229 23 94.

Tez-tez verilən suallar

Tətbiqə necə daxil olum?

Kristal şirkətin daxili iş sistemidir. Hesabları şirkətin administratoru yaradır, tətbiqdə özünüz qeydiyyatdan keçə bilməzsiniz. Administratorun verdiyi istifadəçi adı və şifrə ilə daxil olun. Hesabınız yoxdursa, rəhbərinizə və ya yuxarıdakı nömrəyə müraciət edin.

Şifrəmi unutmuşam, nə edim?

Yuxarıdakı nömrəyə zəng edin və ya WhatsApp-da yazın. Şəxsiyyətinizi təsdiqlədikdən sonra administrator sizə yeni şifrə təyin edəcək. Daxil olduqdan sonra onu Hesabım → Şifrəni dəyiş bölməsində dəyişə bilərsiniz.

Şifrəmi necə dəyişim?

Yuxarıda adınıza (telefonda menyuda Hesabım düyməsinə) basın, Şifrəni dəyiş bölməsində hazırkı və yeni şifrəni yazın.

Hesabımı necə silə bilərəm?
  • Tətbiqdə: Hesabım → Hesabı sil bölməsini açın, şifrənizi yazıb təsdiqləyin. Hesab dərhal bağlanır, şəxsi məlumatlarınız silinir.
  • Bizə müraciət edərək: +994 51 229 23 94 nömrəsinə zəng edin və ya WhatsApp-da «hesabımı silin» yazın. Şəxsiyyətinizi təsdiqlədikdən sonra hesabınızı siləcəyik.

Nə silinir və nə qalır: Məxfilik siyasəti.

Bildirişlər gəlmir

Telefonun Ayarlar → Bildirişlər → Kristal bölməsində bildirişlərə icazə verin və tətbiqə yenidən daxil olun.